Bernard Lippert: Lazımi anlarda qol vurmağı bacardıq
09.08.2011 - 22:40
Bernard Lippert: Lazımi anlarda qol vurmağı bacardıq
“Matçın əvvəlində yersiz qayda pozuntuları ilə rəqibə əlavə üstünlük verdik. Bununla belə, oyunumuzda müsbət çalarlar da vardı". Apasport.az saytının məlumatına görə, bu sözləri Estoniya ilə oyundan sonra yığmamızın baş məşqçisi Bernard Lippert deyib.

Almaniyalı çalışdırıcı daha sonra oyunla bağlı fikirlərini belə izah edib: "Fasilədən sonra rəqib təzyiqi artırsa da, lazımi anlarda qol vurmağı bacardıq. Qələbəni Azərbaycan xalqına həsr edirik".