Berti Foqtsun töhfəsi və məqsədi
10.08.2011 - 23:03
“Oyuna sürətli başladıq. Qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Amma bundan istifadə edə bilmədik”. Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Makedoniya ilə yoldaşlıq görüşündən sonra təşkil olunan mətbuat konfransında deyib.
Almaniyalı çalışdırıcının fikrincə, komandamız ikinci yarıda müəyyən səhvlərə yol verib: “Fasilədən sonra əvəzetmələrə məcbur oldum. Əfran İsmayılov zədəli idi. Ona görə də, onun meydandan çıxardım. Ümumiyyətlə, ikinci 45 dəqiqədə müəyyən səhvlər buraxdıq ki, nəticədə rəqib bundan istifadə edib, qələbə qazandı. Mənim əsas məqsədim Azərbaycan futboluna öz töhfəmi verməkdi. Bu futboldur, inkişaf 5 il, 10 il də çəkə bilər. Mən bunu dəqiq deyə bilmərəm. Çalışacağıq ki, seçmə oyunlarda yaxşı nəticə əldə edək”.
Xatırladaq ki, millimiz Makedoniya ilə matçdan məğlub ayrılıb – 0:1.

0
0