Məşhur futbolçular ömürlük milli komandadan kənarlaşdırıldı
11.08.2011 - 19:56
Məşhur futbolçular ömürlük milli komandadan kənarlaşdırıldı
Rumıniya millisinin 2 aparıcı futbolçusu – Adrian Mutu ilə Qabriel Tamaş ağır cəzalanıblar. Apasport.az saytının məlumatına görə, hər 2 futbolçu ömürlük yığmadan kənarlaşdırılıblar.

Bu qərarı milli komandanın baş məşqçisi Viktor Pitsurka qəbul edib. O, bunu Mutu ilə Tamaşın San-Marino ilə yoldaşlıq görüşündən öncəki gecə alkoqollu içki qəbul edərək, sərxoş olmaları ilə əsaslandırıb. Rumıniya dünyada ən zəif yığmalardan sayılan “cırtdan ölkə”nin təmsilçisini çətinliklə yenib – 1:0. Hücumçu Mutu İtaliyanın “Çezena”, müdafiəçi Tamaş İngiltərənin “Vest Bromviç” klubunda oynayır.

Qeyd edək ki, Rumıniya yığmasının çalışdırıcısı “Xəzər Lənkəran”ın sabiq hücumçusu Aleksandr Pitsurkanın atasıdır.