Roberto Karlosdan Hafiz Məmmədova özəl hədiyyə
11.08.2011 - 23:03
Roberto Karlosdan Hafiz Məmmədova özəl hədiyyə
Mahaçqalanın "Anji" klubunun şərəfini qoruyan braziliyalı futbol ulduzu Roberto Karlos şəxsən imzaladığı futbol geyimini "Bakı"nın prezidenti Hafiz Məmmədova hədiyyə edib. Apasport.az saytının xəbərinə görə, futbolun inkişafında göstərdiyi xidmətlər üçün klub rəhbərinə təşəkkür edən Roberto Karlos bu kiçik sovqatla diqqət və ehtiramını ifadə edib.
Cari mövsümdən "Anji"nin heyətində yer alan canlı futbol əfsanəsi qısa bir müddətdə bütün Qafqaz azarkeşlərinin sevimlisinə çevrilib.

Karlosun ölkəmiz və Azərbaycan futboluna hörmət bəsləməsi əvvəldən də məlum idi. Braziliyalı müdafiəçi "Bakı"nın prezidentinə ünvanlanan bu jesti bir daha xalqımıza olan ehtiramı nümayiş etdirmiş oldu.