Rafael Əmirbəyov: O, qadın kimi çox gözəldir – MÜSAHİBƏ
11.08.2011 - 23:10
Peşəkar futbolla tanışlığı 1991-ci ildə “Çanaqqala”da (Siyəzən) başlayan Rafael Əmirbəyov “Azəri” ilə güclülər, “Fərid”lə I dəstədə təcrübə toplayıb. Karyerasının əsas hissəsi, uğurlu və çətin günlərini isə bir komandada yaşayıb – “Dinamo”da (indiki “Bakı”). 1998-2002-ci illər aralığında “polislər”in formasıyla UEFA Kubokunda meydançaya çıxan müdafiəçi 2 ili ölkə xaricində keçirməyə sadəcə məcbur olub.
Azərbaycanda çempionat dayandığı müddətdə İranda “Traktorsazi”nin şərəfini qoruyan “Rafiq” vətənə döndükdən sonra da sabiq komandasının düşərgəsini seçib. “Bakı”da 2 dəfə ölkə çempionu adını qazanan Əmirbəyov, gümüş və bürünc medalları da əldə edib.
Müxtəlif illərdə 2 dəfə Azərbaycan kubokuna sahib olub. 2004-2006-cı illərdə Karlos Alberto Torres tərəfindən milliyə dəvət alıb. Avropa çempionatının seçmə mərhələ oyunlarında çıxış edib. Vinfred Şafer ötən yay müdafiəçini “Bakı”dan uzaqlaşdırsa da, “Gəncə”də 6 aydan artıq qalmadı. Üçüncü dəfə paytaxt təmsilçisinə pənah gətirən futbolçu karyerasına da burada nöqtə qoymağı qərara aldı. 35 yaşında butsularını mıxdan asan müdafiəçi üçün yaxınlarda vida matçının təşkili nəzərdə tutulub. “Bakı” rəhbərliyi onun məşqçilikdə özünü sınamasını istəyir. Bu, subaylığın daşını yenicə atan Rafaelin həyatına fərqli çalar qatacaq. Çünki özünü futbolsuz təsəvvür eləmədiyi üçün bu sahə də ona maraqlı gəlir. O, artıq bir etirafını etdi. Ailə qurmayanadək başqa fikirdə olan veteran oyunçu indi boynuna alır ki, gec evlənməklə səhv buraxıb.
- Karyeranızın ən xoş anını yada sala bilərsiniz?
- 1982-ci ildə futbola başlamışam. Böyük qardaşım məni 8-ci mikrorayonda yerləşən “FŞM”ə yazdırdı. Həmin gün sevincimi məhəllə uşaqları ilə bölüşdüm. Peşəkar futbolçu karyerama isə Siyəzənin “Çıraqqala” komandasında başlamışam.
- Hansı oyunu xatirəndən çıxarmaq istərdin?
- 2004/05 mövsümünün ikinci dövrəsində evdə “Qarabağ”la keçirdiyimiz oyunu. Rəqib doqquz nəfərlə qalmışdı, biz isə hesabda 1:0 irəlidəydik. “Qarabağ” son dəqiqədə bərabərlik qolunu vurdu. Bax, həmin oyunu birinci yaddan çıxarmaq istərdim.
- Uşaqlığının kumiri, qəhrəmanı kim olub?
- Ronald Kumanı bəyənmişəm. Müdafiədə çox soyuqqanlı idi. Güclü zərbələri vardı. Cərimə zərbələrindən vurduğu topların 90 faizi qol olurdu. Hətta ən yaxşı qapıçılar Kumanın zərbəsinin qarşısını ala bilmirdi. Kinoda isə fransız aktyoru Lui de Fünes kumirimdir. Onun çəkildiyi rollar çox xoşuma gəlir.
- Həyat yoldaşınızdan başqa hansı qadını çox gözəl sayırsınız?
- Nikol Kidman aktirisa kimi xoşuma gəlir. O, həm də qadın kimi çox gözəldir.
- Kimi ən dəyərli azərbaycanlı olaraq görürsünüz?
- Vətənini, torpağını, millətini sevənləri. Hər bir idmançı peşəsini sevməli, Azərbaycana xeyir verməlidir. İdmançı beynəlxalq yarışlarda ölkəsini layiqincə təmsil etməklə, ən dəyərli olduğunu göstərir. Vətənpərvərlik insanın qanında olur.
- Keçmişə dönmək və ya gələcəyə getmək imkanın olsa, necə hərəkət edərdiniz?
- Keçmişə qayıtmaq imkanım olsaydı, ailə həyatını tez qurardım. Gec evləndim. Gələcəkdə yaxşı məşqçi kimi tanınmaq istərdim.
- Həyatının bir gününü hansı şəxslə və ya hansı peşənin sahibi ilə dəyişmək istərdiniz?
- Hansısa məşhur tennisçinin yerində olmaq istərdim. Mötəbər tennis yarışında iştirak edib, bir günümü dünya ulduzları ilə birlikdə keçirərdim. Futbolçu olsam da, tennisi çox sevirəm. Arada boş vaxtlarımda tennislə məşğul oluram. Tennis futboldan daha çətindir, çünki daim hərəkət edirsən. Bunun üçün fiziki gücün yaxşı olmalıdır. Rəqibin zərbələrinin qarşısını almaq üçün topa vaxtında yetişməlisən. Bu oyunda əl-qol, ayaq işləyir. Tennis sağlamlıq üçün böyük amildir. Əsasən də futbolçulara xeyirlidir. Fuibolda da tennisbol var, burda topa raketkayla deyil, ayaqla zərbə vurursan. Tennisbol futbolçuların fiziki cəhətdən hazır olması, daha çevik hərəkət etməsi üçün yaxşdır. İndi çoxları tennisbol oynayır.
- Hansı idmançı qarşısında baş əyməyə hazırsınız?
- Müasir dövrdə titullarına görə adlı-sanlı idmançılar çoxdur. İdmançı idmançıya baş əyməz, hörmət edər. Zinəddin Zidana pərəstiş etmişəm. Dünyada gəlib-keçmiş ən yaxşı ulduz futbolçulardan biridir. Zidanın gözəl ötürmələri və fintləri vardı. Hələ heç bir oyunçu futbola yenilik gətirməyib. Zidan həm insan, həm də futbolçu kimi tarixə düşdü.
- Soyuducunuzdan nə əskik olmur?
- Şükür Allaha, korluq çəkmirik. Ət, yağ, şirələr və meyvə-tərəvəz. Problemimiz yoxdur.
- Mətbuatda haqqınızda hansı sərlövhəyə rast gəlmək istərdiniz?
- Futbol oynayanda məndən çox yazıblar. Yazılanlar arasında düzü də var, səhvi də. Jurnalistlərin əksəriyyətini tanıyıram. Bəzən mətbuatda gedən yazılar həqiqəti əks etdirmir. Klubun daxilində nə baş verdiyini bilməyən jurnalist məsələyə başqa cür yanaşır. Həqiqət tipli yazılar nə qədər çox olarsa, futbolumuz düzgün istiqamət götürər, tez bir zamanda inkişaf edər. Ən çox xoşladığım araşdırma yazıları və maraqlı müsahibələrdir. Gələcəkdə məşqçi işlədiyim vaxt mətbuat səhvlərimi üzə çıxarıb, mənə xəbərdarlıq etsə, yaxşı olar. Amma nəticə göstərdiyim halda, uğurları da yaddan çıxarmamaq şərtiylə.
- Futbol karyeranız baş tutmasaydı, hansı işlə məşğul olardınız?
- Uşaqlıq arzum aşbaz olmaq idi. Çünki yeməkləri çox sevirəm. Ən çox da şirniyyatı. Tort həvəskarıyam. Futbol karyeram alınmasaydı, yəqin ki, aşbaz olardım.

0
0