“Bu oyun Azərbaycanla görüş öncəsi bizim üçün yaxşı məşq oldu”
12.08.2011 - 09:27
Qazaxıstan milli komandasının kapitanı Kayrat Nurdauletov Azərbaycan milli komandası ilə rəsmi oyuna yaxşı hazırlıq keçdiklərini bildirib. Apasport.az saytının məlumatına görə, iyunun 2-də millimizlə “Astana Arena”da rəsmi oyuna yığmasını kapitan kimi çıxaran, qələbədə (2:1) iştirak edən yarımmüdafiəçi Suriya ilə həmin stadionunda 1:1 hesablə bərabərliyə qaldıqları yoldaşlıq görüşünü faydalı sayır.
Kayratın fikrincə, sentyabrın 6-da millimizlə səfər oyunu öncəsi yaxşı məşq keçdilər: “Oyunun ilk hissəsində müdafiədə bir az daha yaxşı oynadıq. Ancaq ikinci hissədə hücumda daha yaxşı çıxış etdik. Fikrimcə, normal oyun oldu. Prinsipcə, bu, Türkiyə və Azərbaycanla səfər oyunları öncəsi bizi üçün yaxşı təlim, məşq, Suriya yaxşı sınaqçı rəqib oldu”.

0
0