Futbolçunu yük maşınında öldürdülər
12.08.2011 - 10:51
Meksika millisinin sabiq müdafiəçisi İqnasio Flores silahlı basqın nəticəsində öldürülüb. Apasport.az saytının məlumatına görə, yük maşınında olan futbolçu səbəbi bəlli olmayan basqın zamanı atılan gülləyə tuş gəlib və həlak olub.
Silahlı basqının Meksika mafiyası tərəfindən həyata keçirildiyi bildirilir. Faktla bağlı araşdırmaya başlayan Meksika polisi də hadisəni törədənləri tapmaqda çətinlik çəkir.
Qeyd edək ki, Flores 1970-1980-cı illərdə Meksika millisinin aparıcı futbolçularından biri olub.

0
0