AZAL – “Xəzər Lənkəran”: Yenə 1:0?
12.08.2011 - 11:50
Premyer Liqanın II turunda “Xəzər Lənkəran” Şüvəlana səfər edəcək. Apasport.az saytının xəbərinə görə, mövsümün ilk səfər oyununda "ağ-yaşıllar"ın rəqibi ötən mövsümü dördüncü yerdə başa vuran AZAL-dır.
Hər iki komanda çempionata qələbə ilə başlayıb. “Xəzər Lənkəran” debütant “Sumqayıt Şəhəri” doğma meydanda 2:1 hesabı ilə üstələmişdisə, AZAL səfərdə “Simurq” üzərində böyük hesablı qələbə qazandı – 3:0. Rəqib komanda da, mövsümdən öncə Avropa Liqasında çıxış edib, və ilk təsnifat mərhələsində mübarizəni dayandırıb.
Tarixə nəzər saldıqda, bu rəqibə qarşı “Xəzər Lənkəran”ın çempionatda 7 səfər oyunu keçirdiyi görə bilərik. Bu oyunlardan dördü qələbə, biri heç-heçə, ikisi isə məğlubiyyətlə başa çatıb. AZAL-a qarşı keçirilən son səfər qarşılaşması bu ilin mart ayında baş tutub və “Xəzər Lənkəran”ın 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib.
“Xəzər Lənkəran”ın qeyd olunan rəqib üzərində son səfər qələbəsi isə ötən çempionatın dördüncü turuna təsadüf edir. Komanda həmin görüşdə Elvin Beçirinin cərimə zərbəsindən son dəqiqələrdə vurduğu qolun sayəsində minimal hesablı qalibiyyət əldə edib.
Komandalar arasında Bakıda keçirilən görüşlərdə ən populyar hesab da elə 1:0 hesabıdır. Yeddi oyunun dördündə məhz bu hesab qeydə alınıb – iki dəfə “Xəzər Lənkəran”ın, iki dəfə AZAL-ın xeyrinə.
İlk dəfə olaraq bu komandaların qarşılaşması AZALın Şüvəlan qəsəbəsində yerləşən yeni stadionunda keçiriləcək. Buna qədər müxtəlif mövsümlərdə “Olimpik”, “Olimpik-Şüvəlan” və AZAL adlanan rəqibə qarşı səfər oyunlarını komandamız “Şəfa” stadionunda keçirib.
AZAL - “Xəzər Lənkəran” matçının baş hakimi Fariz Yusifovdur. Ona Mehman Mahmudov və Munis Abdullayev assistentlik edəcək. Ehtiyat hakim Əliyar Ağayevdir.
Oyun avqustun 14-də Şüvəlan qəsəbəsindəki “AZAL” stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti saat 20:00-da veriləcək.

0
0