Sumqayıtda tarixi hadisə
12.08.2011 - 12:02
827 gündən sonra Sumqayıtda Azərbaycan çempionatının oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu əlamətdar hadisəni Mehdi Hüseynzadə adına şəhər stadionunda “Sumqayıt Şəhər” reallaşdıracaq.
Almaniyalı Bernard Raabın baş məşqçisi olduğu komanda güclülər dəstəsində keçirəcəyi ilk ev oyununda “Qəbələ”ni qəbul edəcək. Bununla, ölkəmizdə 2-ci mövsümdür çalışan qonaqların məşhur ingilis baş məşqçisi Toni Adams Sumqayıtda ilk görüşünü keçirəcək və azarkeşlər futbol bayramının şahidi olacaqlar.
Əslində, “Gənclik şəhəri”ndə ötən mövsüm elə sumqayıtlıların iştirakı ilə oyunlar keçirilsə də, bu, I divizion çərçivəsində olub. İndi “Sumqayıt Şəhər” Sumqayıtın yenidən milli çempionatda təmsilçisi olmasına şərait yaradır. Bu şəhərin Premyer Liqada sonuncu təmsilçisi isə “Standard” idi. Uzun müddət Bakını təmsil edən bu komanda tarixində son mövsümdə Sumqayıta köçdü. Orada son oyun isə 2009-cu ilin mayın 9-da Qələbə günündə oldu.
“Standard” “Gənclik şəhəri”ində axırıncı ev oyununda “Karvan”ı darmadağın etdi – 6:0. Ancaq bu, sonda ona kömək olmadı və hər 2 komanda I diviziona düşdü. “Standard” orada oynamaqdan imtina edərək, dağıldı və ötən il yaranan “Sumqayıt” “Gənclik şəhəri”ni təmsilçisiz qoymayaraq, aşağı dəstədə çıxış etdi.
Qeyd edək ki, Sumqayıtın əvvəllər təmsilçiləri “Xəzər”, “Sumqayıt”, “Kimyaçı”, “Gənclərbilriyi” olub. Onlardan ən yüksək göstəriciyə imza atan “Xəzər” ilk 2 çempionatımızın gümüş medalını qazanıb.
Mehman SÜLEYMANOV

0
0