Elxan Məmmədov İsveçrə - Azərbaycan oyununu izləməyə yollandı
12.08.2011 - 12:31
Elxan Məmmədov İsveçrə - Azərbaycan oyununu izləməyə yollandı
AFFA-nın baş katibi Elxan Məmmədov İsveçrəyə yollanıb. Apasport.az saytının məlumatına görə, Məmmədovun bu ölkəyə növbəti səfərində məqsəd UEFA-nın üzvü olan milli assosiasiyaların baş katiblərinin iştirakı ilə keçiriləcək tədbirdə iştirak etməkdir.

O, səfər çərçivəsində UEFA-nın baş katibi Gianni İnfantino, İcraiyyə Komitəsinin üzvü, UEFA Qadın Futbolu Komitəsinin rəhbəri Karen Espelund və İsveçrə Futbol Federasiyasının baş katibi Aleks Mişerlə birgə 17 yaşadək qızlardan ibarət Azərbaycan və İsveçrə yığma komandaları arasında keçiriləcək yoldaşlıq oyununu izləyəcəklər.

Bu gün “Kolovre” stadionunda keçiriləcək oyun Bakı vaxtilə saat 18:30-da başlayacaq.

Qeyd edək ki, yığmamız İsveçrədə təlim-məşq toplanışındadır.