Dünyanın ən populyar futbolçusunun adı açıqlandı
12.08.2011 - 13:14
Dünyanın ən populyar futbolçusunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Madrid “Real”ının və Portuqaliya milli komandasının 26 yaşlı hücumçusu Kriştianu Ronaldo planetdə ən çox izlənilən futbolçudur. Sosial şəbəkələr olan Facebook, Twitter və YouTube-da aparılan araşdırmalar onu göstərib ki, dünya sakinləri məhz Kriştianu ilə daha çox maraqlanırlar. Onun Facebook-da 32, Twitterdə 4 milyon pərəstişkarı var. YouTibe-da isə Ronaldoya 5 milyondan çox baxan olub.
Dünyanın ən bahalı futbolçusu da Ronaldonun ən yaxın izləyiciləri ondan xeyli geri qalırlar. Bu, “Real”da braziliyalı komanda yoldaşı olan Kaka və “Barselona”nın argentinalı hücumçusu, son 2 ildə dünyanın ən yaxşı futbolçusu seçilən Lionel Messidir. Ən populyar futbolçulardan bir olaraq qalan ingilis Devid Bekhem reytinqdə 4-cü yerdə gedir.

0
0