İngilislər Lənkəran stadionu haqda 48 saata rəy verəcəklər
12.08.2011 - 14:11
İngilislər Lənkəran stadionu haqda 48 saata rəy verəcəklər
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan – Qazaxıstan oyunu sentyabrın 6-da planlaşdırıldığı kimi Lənkəran şəhər Mərkəzi stadionunda keçiriləcək. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, stadionun ot örtüyünün hazırda qənaətbəxş vəziyyətdə olmamasını nəzərə alan AFFA rəhbərliyi “Xəzər Lənkəran”ın rəhbərliyi ilə danışaraq Böyük Britaniyanın STRİ şirkətinin mütəxəssislərini Lənkərana dəvət edib.

Hazırda AFFA-nın əməkdaşları ilə birgə Lənkəran şəhər stadionunda olan böyük britaniyalı mütəxəssislər ot örtüyünün vəziyyəti ilə və qısa vaxt ərzində onun normal hala salınması ilə bağlı 48 saat ərzində rəy hazırlayacaq.

Qeyd edək ki, Böyük Britaniyanın STRİ şirkətinin əməkdaşları daha əvvəl FİFA-nın göndərişi ilə ölkəmizdə olaraq FİFA U-17 qızlararası dünya çempionatı Azərbaycan 2012-də istifadə olunacaq stadionlara baxış keçiriblər.