“Bakı” Skuliçi satmağa çalışır
12.08.2011 - 14:23
“Bakı” klubu Aleksandr Starkovun gəlişindən sonra transferə çıxardığı futbolçulardan canını qurtara bilmir. Apasport.az saytının məlumatına görə, Jaba ilə yanaşı, Ernand Skuliçə də müştəri tapılmır.
Təcrübəli yarımmüdafiəçi uzun müddət "Bakı"nın əsas futbolçularından biri sayılsa da, Starkov onun xidmətində maraqlı olmadı. Nəticədə Skuliç transferə çıxarıldı.
“Bakı” klubla müqaviləsi davam edən futbolçu üçün hələ də konkret dəvət almayıb. Lakin futbolçu hazırda düşərgədədir və əsas komanda ilə birgə məşqlərini davam etdirir. Lakin Skuliçin adı Peşəkar Futbol Liqasına göndərilmiş iştirak ərizəsinə salınmayıb.
Odur ki, Skuliç "zolaqlılar"ın heyətində heç bir rəsmi görüşdə iştirak edə bilməz. Skuliç məşqlərə qatılmaqla yanaşı, klub rəhbərliyi ilə danışıqları da davam etdirir. Məlumata görə, rəhbərlik Skuliçdən transfer vərəqəsinin qarşılığında müəyyən məbləğ tələb edir.
Transferə çıxarılan digər futbolçu Jaba isə paytaxt klubunun düşərgəsində deyil.

0
0