Zohair Benouahi: Rəqibin güclü heyəti, təcrübəli məşqçisi var
12.08.2011 - 23:05
“Hər iki komanda ilk turda qələbə qazanıb. Buna görə də, qarşılaşma çox çətin olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın yarımmüdafiəçisi Zohair Benouahi deyib.
Yeni mövsümə “Simurq” üzərində böyük hesablı qələbə ilə start verən AZAL-ı sabah daha çətin sınaq gözləyir. Bu dəfə iddialı “Xəzər Lənkəran”la üz-üzə gələcək paytaxt təmsilçisi vitse-çempionla dueldən qalib ayrılmaq haqda düşünür.
Rəqib haqda danışan mərakeşli futbolçu onların güclü olduğunu qeyd edib: “Həm biz, həm də “Xəzər Lənkəran” qələbə seriyasını davam etmək istəyirik. Keçən mövsüm onlarla oyunlarımız çox maraqlı keçirdi. Rəqibin güclü heyəti, təcrübəli məşqçisi var”.
“Xəzər Lənkəran”la yeni stadionda ilk dəfə qarşılaşacaq AZAL-ın legioneri məqsədlərini açıqlayıb: “Bu il ilk dəfə “Xəzər Lənkəran”a qarşı yeni stadionumuzda oynayacağıq. Qələbədən başqa heç nə fikirləşmirik. AZAL-ın qarşısına bu mövsüm də avrokuboklara düşmək tapşırığı qoyulub. Bu məqsəd uğrunda mübarizə aparır”.

- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0