Debütant daha 3 futbolçu sifariş etdi
12.08.2011 - 14:54
Debütant daha 3 futbolçu sifariş etdi
Premyer Liqanın debütantı “Sumqayıt Şəhər” daha 3 futbolçunun adını sifariş vərəqəsinə daxil edib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçilər Samir Abdulov və Mahmud Qurbanov, həmçinin, qapıçı Sahil Kərimov qarşıdakı mövsümü Sumqayıt təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, ilk turda “Xəzər Lənkəran”a 1:2 hesabı ilə uduzan “Sumqayıt Şəhər” avqustun 14-də “Qəbələ”ni qəbul edəcək.