Braziliya yığması da oynamaqdan qorxarmış...
12.08.2011 - 15:02
Braziliya yığması da oynamaqdan qorxarmış...
Braziliya milli komandası qarşıdakı 2 yoldaşlıq görüşünü təxirə salmaqla diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, dünyanın ən titullu yığması oktyabr və noyabrda İtaliya və İspaniya ilə oyunlara çıxmamağı məqsədəuyğun sayıb.

Bu qərarı Braziliya Futbol Federasiyası qəbul edib. Onlar buna millilərinin avqustun 10-da səfərdə Almaniyaya məğlubiyyətdən (2:3) sonra qərar veriblər.

Təxirə salmanın səbəbləri açıqlanmasa da, almanlara məğlubiyyətin braziliyalılara pis təsir etməsi şübhəsizdir. Növbəti rəqiblər isə daha güclüdür və əsası son dünya çempionlarıdır.

Braziliya 2002-ci ildə mundialı qazanandan 4 il sonra İtaliya, ötən il isə İspaniya bu sevinci yaşayıb. Görünür, 5 qat dünya çempionları güclü rəqiblərlə növbəti oyunlarda məğlubiyyətdən qorxublar.