“Turan”da 3 yeni sima
12.08.2011 - 15:20
“Turan”da 3 yeni sima
“Turan” 3 yeni futbolçunun transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Tovuz təmsilçisi türkiyəli qapıçı Göksu Hasancik, gürcüstanlı yarımmüdafiəçi Zura Dzamsaşvili və braziliyalı hücumçu Rudison Ferreyranın keçidini həll edib.

Artıq bu futbolçuların adları sifariş vərəqəsinə əlavə edilib və onlar sabah “Kəpəz”lə matçda meydana çıxmaq şansı qazanıblar.

Qeyd edək ki, Dzamsaşvili ötən mövsümü Gəncədə keçirib. Onun yeni komandada debütü sabiq klubu ilə matçda reallaşa bilər.