Poşkus “İnter”ə lazım olmadı
12.08.2011 - 16:17
Litva millisinin futbolçusu Robertas Poşkus növbəti dəfə Bakıda olub. Apasport.az saytının məlumatına görə, 33 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu "İnter" rəhbərliyi ilə görüşüb.
2009-cu ildən bu komandanın formasını geyinən Robertas ötən mövsümü başa çatdıqdan sonra transferə çıxarılıb. Əsas komandada oynamaq perspektivi olmayan Poşkusun “İnter”lə hələ 1 illik müqaviləsi olduğundan Bakıya qayıdaraq, məsələni müzakirə edib. Yenidən əvəzedici komandada məşq edən litvalı “bankirlər”də qalası olmayıb. Belə ki, “İnter”in gürcü baş məşqçisi Kaxaber Sxadadze təcrübəli hücumçunun xidmətindən birdəfəlik imtina edib.
"İnter"lə bağlı daha bir xəbər Moskva "Dinamo"sunun və Rusiya milli komandasının sabiq hücumçusu Dmitri Bulıkinlə əlaqədardır. Məşhur futbolçunun Bakı təmsilçisinə keçidi ilə bağlı söz-söhbət dolaşsa da, bu şayiədən başqa bir şey deyil. Belə ki, "İnter" 31 yaşlı rusiyalı ilə heç maraqlanmayıb.
Qeyd edək ki, "İnter" Premyer Liqanın II turunda Quzanlı qəsəbə stadionunda "Qarabağ"ın qonağı olacaq.

0
0