Julius Vobayın taleyinə aydınlıq gəldi
12.08.2011 - 16:36
Julius Vobayın taleyinə aydınlıq gəldi
“Xəzər Lənkəran”ın Syerra-Leonedən olan yarımmüdafiəçisi Julius Vobayın gələcək taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, ötən qış transfer edilən afrikalı futbolçu hələlik karyerasını cənub təmsilçisinin heyətində davam etdirəcək.

Lakin “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik intizamsız Vobayı əsas heyətdən uzaqlaşdıraraq, əvəzedici komandaya göndərib. Cənub təmsilçisinin son mövsümdə Azərbaycan kubokunu qazanmasında böyük zəhməti olan və Premyer Liqanın ilk turunda lənkəranlıların qələbə topunu vuran futbolçu özünə yeni klub tapana kimi burada məşq edəcək.