Ardanın ilk istəyi
12.08.2011 - 17:06
Türkiyə yığmasının futbolçusu Arda Turan az öncə transfer olunduğu Madridin “Atletiko” klubunda tibbi müayinədən keçib. Apasport.az saytının məlumatına görə, Estoniya ilə yoldaşlıq görüşündə sağ ayağından zədələnən 24 yaşlı yarımmüdafiəçi İspaniyanın ən yaxşı həkimlərindən sayılan Pedro Quillon tərəfindən müayinə edilib.
Quillon müayinədən sonra bildirib ki, Arda yaxın günlərdə məşqlərə başlaya biləcək: “Futbolçunun sağlıq durumu yetərincə yaxşıdır. Əzələləri mükəmməldir. Durumunda ciddi sayılacaq bir zədə yoxdur. Mən onun əzələsini yetərincə güclü gördüm, 3 həftə sonra oynaya biləcək”.
Müayinə bitdikdən sonra Arda klubun bazasını gəzib. Yeni komandası ilə daha yaxından tanış olan futbolçu məşhur “Visente Kalderon” stadionunu, habelə klubun muzeyi və mağazasına da baş çəkib. Madrid təmsilçisinin rəsmiləri Ardanın gələn çərşənbə keçiriləcək mətbuat konfransı öncəsinədək hər hansı açıqlama verməsini uyğun görməyiblər.
Bir müddət istirahət edəcək Arda Madriddə özü üçün ev axtarışına da çıxıb. Onun “Atletiko”nun bazası yaxınlığındakı məhəllələrin birində ev axtaracağı üzə çıxıb. Futbolçu Madriddə bağçalı evinin olmasını istəyib.
Qeyd edək ki, “Qalatasaray” kapitanı olan Ardanı 12 milyon avroya “Atletiko”ya satıb.

0
0