Lənkəranda milli həyəcan baş tutmadı
12.08.2011 - 17:48
Azərbaycan milli komandası Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Qazaxıstan yığmasını Lənkəran şəhər Mərkəzi stadionda qəbul edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, Lənkərana səfər edən Böyük Britaniyanın STRİ şirkətinin mütəxəssisləri ot örtüyünün vəziyyəti ilə tanış olaraq, bunun qazaxlarla görüşə qədər lazımi səviyyəyə çatdırılmasının mümkün olmaması barədə rəy veriblər.
Rəyi nəzərə alan AFFA rəhbərliyi Lənkəran şəhər Mərkəzi stadionunda keçirilməli olan Azərbaycan – Qazaxıstan oyununun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunması ilə bağlı UEFA-ya müraciət edəcək.
Mənbə: affa.az

0
0