Mario Rosas “Xəzər Lənkəran”dan çox pul istədi
12.08.2011 - 23:07
İspaniyalı futbolçu Mario Rosasın “Xəzər Lənkəran”a keçidi baş tutmaya bilər. Apasport.az saytının xəbərinə görə, danışıqlar aparmaq üçün ölkəmizə gələn 31 yaşlı yarımmüdafiəçinin Premyer Liqamızda oynaması bu gedişlə alınmayacaq.
Buna səbəb Rosasın “ağ-yaşıllar”dan çox pul istəməsidir. Əldə etdiyimiz xəbərə görə, Mario cənub təmsilçisindən 1 mövsüm üçün təxminən 400 min avro istəyir. Amma “ağ-yaşıllar” rəhbərliyi bu məbləğin kifayət qədər bpyük olduğunu əsas gətirərək, vermək fikrində deyil.
Qeyd edək ki, Rosas “Xəzər Lənkəran”ın Avstriyadakı təlim-məşq toplanışının son günlərində baxışa gəlmişdi. Müxtəlif illərdə İspaniyanın 16, 17 və 18 yaşlılardan ibarət yığmasında ümumilikdə 29 oyun keçirmiş Rosas 6 qolun müəllifidir.
1997-2000-ci illərdə Kataloniya təmsilçisinin ikinci komandasında forma geyinən Rosas 103 oyunda 31 qol vurub. O, əsas komandanın da şərəfini qoruyub ki, cəmi 1 qarşılaşmada meydana çıxıb.
Mario sonradan “Alaves” (2000-2002), “Salamanka” (2001-2002), “Numansiya” (2002-2003), “Qadis” (2003-2004), “Kastelyon” (2005-2009), “Mursiya” (2009-2010) və “Salamanka” (2010-??) klublarında çıxış edib.

0
0