Qalmaqallı görüşdə əzmkar qələbə - YENİLƏNİB
13.08.2011 - 18:58
Qalmaqallı görüşdə əzmkar qələbə - YENİLƏNİB
Bu gün keçirilən 1 oyunla Azərbaycan Premyer Liqasında II tur start götürüb. Apasport.az saytının xəbərinə görə, günün yeganə qarşılaşması Tovuzda baş tutub.

Qərb derbisi kimi dəyərləndirilən “Turan” – “Kəpəz” matçında ilk qolu qonaqlar vurub. Gəncə təmsilçisinin heyətində 6-cı dəqiqədə fərqlənən Ceyhun Sultanov cari çempionatda 3-cü qolunu vurub. Erkən qol buraxmasına baxmayaraq, meydan sahibləri fasiləyədək hesabı bərabərləşdirib. 24-cü dəqiqədə gürcüstanlı legioner Zura Dzamsaşvili tarazlığı bərpa edib.

İkinci yarının əvvələrində isə isə qalmaqalla başlayıb. 55-ci dəqiqədə Sergey Artyux penalti zərbəsindən “Turan”ı hesabda önə çıxarandan sonra gəncəli azarkeşlər baş hakim Vüsal Əliyevin qərarına etiraz etməyə başlayıblar.

Bu səbəbdən yan xətt hakimi Elşən Acalovu daşa basan “Kəpəz”in fanatları “istəklərinə çatıblar”. Meydana atılan kənar əşya – daş Acalova dəydikdən sonra referi yerə yıxılıb. Vəziyyətin gərginləşdiyini görən Əliyev oyunu dayandırıb.

Yaranan 7 dəqiqəlik fasilədə Acalova tibbi yardım edilib. Yalnız bundan sonra Əliyev “davam” işarəsi verib ki, qalan vaxt ərzində Artyux daha bir qol vurmaqla, “Turan”ın 3:1 hesablı qələbəsini rəsmiləşdirib.

13 avqust

"Turan" - "Kəpəz" - 3:1
QOLLAR: Zura Dzamsaşvili, 24; Sergey Artyux, 55 (p.), 80 - Ceyhun Sultanov, 6
Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Aleksandr Musatkin, Ceyhun Haşımov
Tovuz. Şəhər stadionu

14 avqust

18:00. "Qarabağ" - "İnter"
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Namiq Hüseynov, Fuad Həsənov
Ağdam. Quzanlı qəsəbə stadionu

18:00. "Rəvan" - "Neftçi"
Hakimlər: Elnur Muradov, Ramiz Əsədov, Habil Əliyev, Ramil Diniyev
Bakı. Mərdəkan qəsəbəsindəki "Dalğa Arena" stadionu

18:00. "Sumqayıt Şəhər" - "Qəbələ"
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Coşqun Həsənov, Rauf Cabbarov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

20:00. AZAL - "Xəzər Lənkəran"
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Munis Abdullayev, Əliyar Ağayev
Bakı. Şüvəlan qəsəbəsindəki AZAL stadionu

21:00. "Bakı" - "Simurq"
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, İsgəndər Əliyev, Ramil Əhmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu