“Qarabağ” Ağdama Nadirov və Medvedevsiz yollandı
13.08.2011 - 11:03
Sabah Premyer Liqanın II turunda “İnter”i qəbul edəcək “Qarabağ” Quzanlıya yola düşüb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda Ağdama itkilərlə yollanıb.
Zədə səbəbindən Vüqar Nadirov və Maksim Medvedev Quzanlıya aparılmayıb. Zədəsini yenicə sağaldan Rəşad Sadiqov isə komandanı yalnız buraxmayıb və komanda ilə birgə Ağdama yollanıb.
Qurban Qurbanovun yetirmələri Quzanlıya çatdıqdan sonra axşam oyunun keçiriləcəyi Quzanlı Olimpiya Kompleksinin meydançasında 1 saatlıq yüngül məşq keçəcək.
Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu saat 18:00-da start götürəcək. Oyun AzTV ilə canlı yayımlanacaq.

0
0