“Fatih Terim və bir “Qalatasaray”lı olduğumdan ağlamaq fikrim yoxdur”
13.08.2011 - 11:41
“Fatih Terim və bir “Qalatasaray”lı olduğumdan ağlamaq fikrim yoxdur”
“Kim gedirsə getsin, “Qalatasaray”, “Qalatasaray”dır”. Apasport.az saytının məlumatına görə, bunu “Qalatasaray”ın baş məşqçisi Fatih Terim deyib.

Təcrübəli mütəxəssis Arda Turanın son anda Madrid “Atletiko”suna keçməsinə münasibət bildirib. Terimin sözlərinə görə, mətbuatda Arda ilə aralarında problem olduğu yazılsa da, bu, yalandır: “Ardanın getməyinə mən də üzüldüm. Amma onun Ardanın mənimlə yola getməməsi yalan söhbətdir. Mən onu bir atanın oğlunu axtarması kimi təyyarəyə minməmişdən əvvəl zəng edərək təbrik etdim və uğurlar arzuladım. O, yenə gələcəyini bildirdi. Bu, “Qalatasaray”dır. Hər bir futbolçu gedə və yerini digəri tuta bilər. Kimlər getdi, yeri dolmadımı? Mən də getmişdim. Digəri isə gəlmişdi”.

Fatih Terim Turanın əvəzinə tezliklə yeni futbolçu alacaqlarını bildirib: “Arsenal”dan Emmanuel Eboueni transfer etmək istəyirik. Onu heyətə qatmağa çox yaxınıq. Amma transfer məsələləri ilə bağlı bəzən qəribə suallarla da rastlaşıram. Soruşurlar ki, “Siz Andrey Arşavini istəyirsiniz?” Kim belə bir futbolçunu istəməz? Hər bir məşqçi... Amma onların şərtlərinin də komanda üçün uğun olub-olmadığına nəzər yetirmək lazımdır. Hazırda bizə Ardanın mövqeyinə oyunçu lazımdır. Bunu edəcəyik. Yəni, Fatih Terim və bir “Qalatasaray”lı olaraq getdi deyərək ağlayıb, sızlamaq fikrim yoxdur”.

Qeyd edək ki, Arda “Atletiko” ilə 4 illik müqavilə imzalayıb.