“Barselona” Fabreqasın keçidini həll etdi
13.08.2011 - 12:02
İngiltərənin “Arsenal” klubunun kapitanı Sesk Fabreqas “Barselona”ya transfer olunub. APA-nın məlumatına görə, transferlə bağlı rəsmi açıqlama yaxın saatlarda açıqlanacaq. “Barselona” futbolçuları Karles Puyol və Jerar Pikenin “Twitter” səhifələrində transferlə bağlı Fabreqasa ünvanlanan təbriklər yerləşdirilib.
Qeyd edək ki, 2033-cü ildən Londonda yaşayan Fabreqas “Arsenal” formasında 212 oyuna çıxıb və 35 qol vurub.
24 yaşlı futbolçunun “Arsenal” ilə müqaviləsi 2015-ci ildə başa çatırdı.
Qeyd edək ki, 2033-cü ildən Londonda yaşayan Fabreqas “Arsenal” formasında 212 oyuna çıxıb və 35 qol vurub.
24 yaşlı futbolçunun “Arsenal” ilə müqaviləsi 2015-ci ildə başa çatırdı.
0
0