Əsgər Abdullayev: Buraxılan qoldan sonra taktikanı dəyişdik
13.08.2011 - 22:54
"Hər iki komanda arasında mübarizə tarix boyu gərgin keçib. Mən çox sevindim ki, Mehman Allahverdiyev qısa zamanda belə komanda formalaşdıra bilib". Apasport.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"lə oyundan sonra "Turan" klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.
Abdullayev oyunla bağlı daha sonra belə danışıb: "Kəpəz" hər bir komanda üçün güclü rəqibdir. Oyuna bir gün qalmış bir neçə yeni futbolçunu komandaya cəlb etdik.
Buraxılan qoldan sonra taktikanı dəyişdik və əks-hücumlara üstünlük verdik. Üçüncü qolu da məhz bu cür vurduq. Azarkeşlərimizə dəstəyə görə minnətdarlığımızı bildiririk. Qələbədə onların da payı var".

0
0