“Neftçi” Sovet dövrünə qayıdır
13.08.2011 - 23:05
“Neftçi” klubunun müdafiəçisi Ruslan Əmircanovun apasport.az saytına müsahibəsi
- “Qarabağ”ın Avropa Liqasında iştirakı ilə əlaqədar çempionatın ilk turunda istirahət etdiniz. Bu mənada yubiley çempionatda “Rəvan”la görüşdə debüt etmək şansınız var. Oyuna hazırlıq barədə nə deyə bilərsiniz?
- “Qarabağ”la oyunumuz təxirə salınsa da, biz istirahət etmədik. Gündə bir və ya iki məşq etməklə hazırlığımızı davam etdirmişik. Əlbəttə ki, oyun keçirmək tam başqadır. “Qarabağ”la oynasaydıq, indi ilk tur həyəcanından qurtulmuş olardıq. Amma PFL-in eləcə də, iki klub rəhbərliyinin qəbul etdiyi qərara hörmətlə yanaşıram. Bildiyiniz kimi, “Rəvan”la oyun “Dalğa Arena”da keçiriləcək. Biz də son məşqlərimizi bu arenada etməklə süni örtüyə uyğunlaşmağa çalışırıq.
- Çempionatın startı ərəfəsində komandanızın baş məşqçisi postunda Arif Əsədovu Böyükağa Hacıyev əvəzlədi. Yəqin ki, bu təxirəsalma yeni baş məşqçiyə uyğunlaşmaq baxımından da işinizə yaradı...
- Bəli, istənilən kollektivə yeni şəxsin uyğunlaşması üçün vaxt lazımdır. Məncə, biz təxirəsalma sayəsində bu vaxtı qazandıq və səmərəli istifadə etdik. Amma bəzən bir məşqçi komandaya bir il ərzində bələd ola bilmir. Yəni “Rəvan”la ilk oyunda komandanın çıxışında hansısa sınmalar olsa, bunu normal qarşılamaq lazımdır. Hacıyev təcrübəli mütəxəssisdir. Hazırda heyətdə yer alan futbolçuların bir qismi ilə əvvəlcədən tanışdır. Bir qismini, xüsusən də legionerləri yavaş-yavaş tanıyır.
- Bir məşqçi kimi onu necə xarakterizə edərdiniz?
- Məncə, Azərbaycan futbolunda Böyükağa Hacıyev barəsində kifayət qədər məlumat var. O, təcrübəli, işini bilən və futbola öz bucağından baxan adamdır.
- Onun gəlişi ilə komandanın oyun üslubunda və ya nəticəsində bir dəyişiklik nəzərə çarpacaqmı? Ümumiyyətlə, Hacıyev “Neftçi”nin ambisiyalarına uyğun mütəxəssisdirmi?
- Böyükağa Hacıyev “Bakı”nı sona 8 tur qalmış uduzmağa qoymadı və nəticədə çempion etdi. Həmin vaxt mən “Karvan”da oynayırdım. Bizimlə “Bakı” arasında çempionluq uğrunda əsl mübarizə gedirdi. Biz Tovuzda xal itirdiyimiz təqdirdə, “Bakı” həlledici oyunda qələbə qazandı və Azərbaycan çempionu adına layiq görüldü. Hacıyev gəldiyi gündən bəri komandaya yeni üslub aşılayır. “Neftçi” keçmiş Sovet dönəmində olduğu kimi, yenə öz oyununu qısa ötürmələr hesabına quracaq. Hacıyevin futbol fəlsəfəsində “vur qabağa” prinsipi də yoxdur. O, nəticədən asılı olmayaraq, komandanın ağıllı futbol nümayiş etdirməsinin tərəfdarıdır. Bir də ambisiyalara uyğun gəlməsəydi, yəqin ki rəhbərlik bu işi ona həvalə etməzdi.
- Arif Əsədovun dönəmində mütəmadi oynamırdınız. Sizcə, Hacıyevdən əksər matçlarda şans ala biləcəksiniz?
- Arif Əsədova gələcək işlərində uğurlar arzulayıram. Onun komandamızda əməyi var və çempion məşqçi kimi istefa verib. Əlbəttə ki, daim oynamaq özümdən asılıdır. Əgər məşqlərdə fəal iştirak etsəm, inanıram ki, mənə güvənəcək. Baş məşqçi hər bir futbolçu ilə olduğu kimi mənimlə də danışıb, Hiss edirəm ki, məni oynatmaq niyyətindədir.
- İkinci turdakı rəqibiniz “Rəvan” “Kəpəz”ə məğlub olsa da, ilk “altılığ”a düşməyi hədəfləyib. Eyni zamanda, rəqib futbolçular “Neftçi” ilə görüşdə heç-heçəni də uğursuzluq sayacaqlarını bildiriblər. Sizcə, “Neftçi” bu mübarizəyə hazırdırmı?
- Yaxşı ki, əvəzedici komanda ilə yoxlama görüşü keçirdik. Həmin matçda Emil Mpenza və Denis Silva zədələnsələr də, yeni baş məşqçi komandaya bələd oldu. Fikrimcə, bu komandanın oyun praktikasını artırmağa da yardım etdi. Əlbəttə ki, rəqiblərin bizimlə görüşə xüsusi həvəslə hazırlaşmaları başadüşüləndir. Çünki çempion komanda ilə oynamaq hamı üçün çətindir. Biz rəqibə hörmətlə yanaşırıq. İnanırıq ki, bizim üçün start sayılan ikinci turu qələbə ilə başa vuracağıq.
- Maraqlıdır, komandanın cari mövsüm üçün planları nədən ibarətdir?
- “Neftçi”nin planları dəyişməzdir. Komandamız çempionluq və kuboku əldə etmək barədə düşünür. Biz rəqiblərimizə hörmətlə yanaşsaq da, heç birindən çəkinmirik. Ötən il çempionluğu bayram etməyimizə baxmayaraq, Çempionlar Liqasındakı nəticələrimiz mərhələ adlamaq üçün yetərli olmadı. İnşallah, gələn illərdə mərhələlər adlayıb, Azərbaycanı onun hüdudlarından kənarda layiqincə təmsil edərik. Klubun buna qadir rəhbərliyi və kollektivi var.
- Sonda yığma barəsində danışaq. Baş məşqçi Berti Foqts sizi ikinci dəfə seleksiya xarakterli toplanışa dəvət etsə də, əsas mərhələdə xidmətinizdə maraqlı olmur. Sizcə, bu nə ilə bağlıdır?
- Düzü, bunun səbəbini bilmirəm. Makedoniya ilə Bakıdakı görüşə dəvət almadığıma görə, çox təəssüflənmişdim. Yəqin ki, üzərimdə çox işləməliyəm. “Neftçi”ni milli səviyyəsində təmsil etmək üçün var qüvvəmlə çalışmalıyam. İnanıram ki, Berti Foqts milli çempionatı izləyəcək və barəmdə növbəti dəfə fikirləşəcək.

0
0