“Kəpəz” üçün qırılmaz sindrom
14.08.2011 - 10:25
“Kəpəz” üçün qırılmaz sindrom
Premyer Liqanın II turu “Kəpəz”in Tovuzdakı məğlubiyyəti ilə başlayıb. Apasport.az saytının məlumatına görə, gəncəlilərin səfərdə “Turan”a uduzması artıq adi hala çevrilib. Belə ki, ardıcıl 8-ci dəfədir ki, “Turan” qonaqları Qərb derbisindən əliboş yola salır. Bu seriya hələ Mehman Allahverdiyevli “Kəpəz”in əvvəlki dönəmindən başlayıb. Sonuncu dəfə 12 il əvvəl qonşu şəhərdən xalla dönən “Kəpəz” bu dəfə də Gəncəyə xalsız qayıdır.

Tovuzdakı son 9 Qəb derbisi
28.11.1999 Turan (Tovuz) Kəpəz (Gəncə) 0:1
19.04.2001 Turan (Tovuz) Kəpəz (Gəncə) 3:0
23.12.2001 Turan (Tovuz) Kəpəz (Gəncə) 1:0
16.07.2003 Turan (Tovuz) Kəpəz (Gəncə) 2:1
18.02.2005 Turan (Tovuz) Gəncə 2:0
12.03.2006 Turan (Tovuz) Gəncə 2:1
12.11.2010 Turan (Tovuz) Gəncə 2:1
13.03.2011 Turan (Tovuz) Gəncə 1:0
13.08.2011 Turan (Tovuz) Kəpəz (Gəncə) 3:1

Qeyd edək ki, ümumilikdə 36 dəfə baş tutan Qərb derbisində “Turan” 16, “Kəpəz” 12 qələbə qazanıb.

VüqarXEYRULLAYEV