Tovuzda tarixi qol
14.08.2011 - 11:31
Premyer Liqanın II turu “Turan” üçün tarixi hadisə ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin “Kəpəz”lə oyunda (3:1) vurduğu 2-ci qol tarixi əhəmiyyət kəsb edib.
Belə ki, Sergey Artyuxun komandasını hesabda irəli çıxaran (2:1) qolu tovuzluların Premyer Liqada öz meydanında vurduğu 400-cü qol olub.
Bu görüşədək “Turan”ın ev oyunlarında 431 qol hesaba alınmışdı. Lakin bu matçlardan 12-si baş tutmamış, tovuzlulara 11 qələbə və 1 məğlubiyyət texniki yolla (+:- və ya 3:0) verilmişdi. Bu isə o deməkdir ki, tovuzlu azarkeşlər 431 deyil, 398 ev qolunun sevincini yaşamışdılar. 242 oyunda vurulan 398 qolun 400-ə çatması üçün mövsümün ilk ev oyunu kifayət etdi.
Penaltidən yeni klubundakı şəxsi qol hesabını açan ukraynalı bu yubiley qolunun müəllifi oldu. Onu da vurğulayaq ki, “Turan” ev matçlarının bəzilərini doğma arenadan kənarda da keçirib.
Qeyd edək ki, “Turan” ölkə çempionatında ilk ev qolunu 1992-ci il mayın 9-da vurub. İlk çempionatın III turunda baş tutan ilk ev oyununda “Avey”i 4:0 hesabı ilə darmadağın edən tovuzluların bütün qollarını pokerə imza atan İlham Məmmədov vurmuşdu. Maradona ləqəbli hücumçunun ilk qolundan 7035 gün sonra 400-cü qol vuruldu.
VüqarXEYRULLAYEV

0
0