Vaqif Cavadov: 36 dəqiqə və 1 xal - YENİLƏNİB
14.08.2011 - 18:59
Vaqif Cavadov: 36 dəqiqə və 1 xal - YENİLƏNİB
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun şərəfini qoruduğu Rusiyanın "Volqa" klubu Premyer Liqada növbəti görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Nijni Novqorod təmsilçisi bu gün yerli vaxtla saat 18:00-da "Lokomotiv"lə qarşılaşıb.

Ötən tur öz meydanında "Rostov"a 0:1 hesabı ilə məğlub olan "Volqa" bu dəfə azarkeşlərini sevindirmək niyyətində olsa da bu baş tutmayıb. Qarşılaşma qolsuz heç-heçə ilə nəticələnib – 0:0.

Ötən oyunda rəsmi debüt edən Cavadovun komandası uduzsa da, həmyerlimiz pis təsir bağışlamamışdı. Bu dəfəki rəqib isə daha güclü idi. Həmyerlimiz yenə ilk “11-lik”dən kənarda qalaraq sonradan meydana çıxıb. Matçın 54-cü dəqiqəsində Cavadov Yeşenkonu əvəzləyib.

Qeyd edək ki, bu matçadək "Volqa" hazırda 16 xalla 13-cü pillədə qərarlaşıb.