650 gündən sonra
14.08.2011 - 14:40
650 gündən sonra
Premyer Liqanın II turu Əsgər Abdullayevin “Turan”ın baş məşqçisi postunda ilk qələbəsi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, yeni komandasında ilk zəfəri 2-ci oyunda qeyd edən mütəxəssis Premyer Liqadakı qələbə həsrətinə son qoyub.

Belə ki, xeyli müddət işsiz qalan Abdullayev 2 ilə yaxın idi ki, ölkə çempionatında qələbə də görmürdü. O, sonuncu dəfə “Olimpik-Şüvəlan”da çalışdığı vaxt qələbəyə şahidlik edib. Bu da 2009-cu il noyabrın 1-də Sumqayıtda baş tutan “Standard”la oyunda gerçəkləşib – 1:0. Bundan sonra “Olimpik-Şüvəlan”da 2, “Turan”da isə debüt oyununda uduzan Abdullayev 650 gündən sonra 3 xal sevinci yaşadı.

Qeyd edək ki, “Turan” “Kəpəz”lə matçda əzmkar qələbə qazanıb – 3:1.