Məşqdə 57 min tamaşaçı
14.08.2011 - 16:24
Məşqdə 57 min tamaşaçı
İspaniyanın “Real” klubu qeyri-adi rekord müəllifi olub. Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisinin məşqinə nə az, nə çox 57 min tamaşaçı toplaşıb. Bu, komandanın İspaniya Superkubokunun “Barselona” ilə ilk oyunu ərəfəsindəki son məşqdə baş verib. “Santyaqo Bernabeu”dakı hazırlıqlara toplaşan fanatlar komandaya dəstək olacaqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, Superkubokun ilk oyunu bu gün keçiriləcək.