Kaxaber Sxadadze: Hesab fərqli ola bilərdi
14.08.2011 - 19:40
Kaxaber Sxadadze: Hesab fərqli ola bilərdi
“Qarabağ” klubunu yenidən Quzanlı qəsəbəsində oynaması münasibəti ilə təbrik edirəm. Bu, “Qarabağ”ın bu mövsüm ilk oyunu idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

O, Premyer Liqanın II turunun “Qarabağ”la səfər oyunu (0:1) haqda fikirlərini açıqlayıb: “Rəqibimiz qazandığı qol imkanından istifadə etdi. Biz də qol epizodlarımızdan istifadə etsə idik, hesab fərqli ola bilərdi. Havanın isti olması oyunumuza təsir etdi. “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm”.

Mənbə: pfl.az