Böyükağa Hacıyevin gəlişi Nasimovu 239 günlük yuxudan oyatdı
14.08.2011 - 19:52
Böyükağa Hacıyevin gəlişi Nasimovu 239 günlük yuxudan oyatdı
“Neftçi”nin futbolçusu Bahodir Nasimovun Premyer Liqadakı qol həsrəti başa çatıb. Apasport.az saytının məlumatına görə, uzun müddətdir çempionatda fərqlənməyən özbəkistanlı hücumçu “Rəvan”la bugünkü qarşılaşmada qol sevinci yaşayıb.

Nasimov Premyer Liqada son qolunu ötən il dekabrın 18-də, çempionatın 21-ci turunda vurmuşdu. Həmin mövsüm 15-ci qolunu Gəncədə eyniadlı komandaya vuran özbək forvard 239 gün idi “qış yuxu”sundan ayıla bilmirdi. Görünür baş məşqçi postuna yeni gələn Böyükağa Hacıyev “yatmış” qolçunun qol hissiyyatını oyatmağa müvəffəq olub.