Toni Adams: Ötən tur daha yaxşı oyun göstərmişdik
14.08.2011 - 20:07
Toni Adams: Ötən tur daha yaxşı oyun göstərmişdik
“Qalib gəldiyimizə görə çox şadam. Lakin, qeyd etməliyəm ki, ötən turda “Bakı” ilə keçirdiyimiz matçda daha yaxşı oyun göstərmişdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.

İngiltərəli mütəxəssis Premyer Liqanın II turunun “Sumqayıt Şəhər”lə səfər oyunu (2:1) haqda fikirlərini açıqlayıb: “Standart vəziyyətlərdən vurduğumuz qollar oyunun gedişini dəyişdi. Rəqibin “Xəzər Lənkəran”la ötən turdakı oyununu izləmişdik. Baş məşqçiləri komandanı oyuna çox yaxşı hazırlayır”.

Mənbə: pfl.az