Ramal Hüseynovun rekordu toxunulmaz qaldı
14.08.2011 - 20:14
Premyer Liqanın II turunun Sumqayıtdakı görüşü Orxan Əliyevin qol hesabını açması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Qəbələ” ilə matçda (1:2) “Sumqayıt Şəhər”in təsəlli qoluna imza atan yeniyetmə yaşının azlığı ilə diqqət çəkir. 1995-ci il dekabrın 21-də anadan olan Əliyev oyun günü 15 yaş 236 günlüyündə olub.
Bu göstərici ilk baxışdan rekord kimi görünə bilər. Lakin Azərbaycan çempionatları tarixində Orxandan kiçik yaşında qol vuran xeyli sayda futbolçular olub. Mütləq rekordçumuz isə Ramal Hüseynovdur. Özü də Orxan onunla heç müqayisə də oluna bilməz. Çünki Ramal heç 14 yaşı olmamış çempionatımızda qol vurub.
16.12.1984 tarixində, yəni 1984-cü il dekabrın 16-da anadan olan yarımmüdafiəçi ilk qolunu 1998/99 mövsümündə vurub. Həmin vaxt “Şahdağ”da çıxış edən Ramal 1998-ci il noyabrın 14-də “Kimyaçı”nın qapısına yol tapıb. O, 4:0 hesabı ilə bitən görüşdə fərqlənib. Həmin vaxt Hüseynov 13 yaş 333 günlük idi.
Göründüyü kimi Ramalla Orxan arasında fərq çox böyükdür. Rekord isə yenə toxunulmaz qaldı.
VüqarXEYRULLAYEV

0
0