“Əsas çətinliyimiz standart vəziyyətlərdən qol buraxmağımızdır”
14.08.2011 - 20:22
“Əsas çətinliyimiz standart vəziyyətlərdən qol buraxmağımızdır”
“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Əsas çətinliyimiz standart vəziyyətlərdən qol buraxmağımızdır. Rəqib də bundan istifadə etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt Şəhər” klubunun baş məşqçisi Bernard Raab deyib.

Almaniyalı mütəxəssis Premyer Liqanın II turunun “Qəbələ” ilə oyunu (1:2) haqda fikirlərini açıqlayıb: “Birinci hissədə zəif oynadıq, ikinci hissədə taktikanı dəyişdik, komandanın oyunu xoşuma gəldi. Bir qol vura bildik, hesabı bərabərləşdirmək üçün vaxtımız qalmamışdı. Gənc komandayıq, qarşıda hələ oyunlarımız var. Daha yaxşı oynamağa çalışacağıq”.

Mənbə: pfl.az