“Simurq”un futbolçusu 6 aylıq cəzalandırıldı
18.08.2011 - 11:29
“Simurq”un futbolçusu Vasili Yanotovski ağır cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, cari mövsümdən ölkəmizdə oynayan rusiyalı müdafiəçi Rusiyanın Nizam-İntizam Komitəsi (NİK) tərəfindən 6 aylıq diskvalifikasiya olunub.
Buna səbəb Yanotovskinin kapitanı olduğu “Kuzbass”ın heyətində oynayan zaman hakimi vurmağıdır. O, II divizionda “İrtış”la ev oyunu dayandırılandan sonra hakimi topla vurub. Bu səbəbdən NİK Vasilini 6 ay futbolla bağlı istənilən fəaliyyətlə məşğul olmağa qadağa qoyub və 30 min rubl da cərimələyib.
Görünür, Yanotovski Rusiyada xeyli müddət oynaya bilməyəcəyini nəzərə alaraq, Zaqatala təmsilçisinin baş məşqçisi olan həmyerlisi Sergey Yuranın dəvətini qəbul edib. Vasilinin debütü Premyer Liqamızın ötən turunda “Bakı” ilə Tofiq Bəhramov adına Respublika stadionunda qolsuz bərabərliklə nəticələn oyunda olub.
Start heyətində meydana çıxan legioner 74-cü dəqiqədə əvəzlənib.

0
0