Yığmamızın növbəti rəsmi oyunlarına 22 futbolçu çağırıldı
18.08.2011 - 11:37
Yığmamızın növbəti rəsmi oyunlarına 22 futbolçu çağırıldı
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının (U-21) heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Bernard Lippert 2013-cü il Avropa çempionatının seçmə mərhələsində ilk oyunumuz olacaq İngiltərə U-21-i ilə sentyabrın 1-də, 5 gün sonra Belçika U-21-i ilə səfər matçına 22 futbolçu çağırıb. Bunlar Osman Umarov, Qara Qarayev, Tural İsgəndərov (hamısı “Qarabağ”), Tərlan Quliyev, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev (hamısı “Neftçi”), Novruz Məmmədov (“Bakı”), Eşqin Quliyev, Emin Mustafayev, Kamil Nurəhmədov, Aleksandr Qross, Hacı Əhmədov, Emil Balayev, Orxan Həsənov (hamısı “Sumqayıt Şəhər”), Fərrux Rəhimov (“Rəvan”), Səlahət Ağayev (“İnter”), Araz Abdullayev (“Everton”, İngiltərə), Amit Quluzadə (“Erciyyespor”, Türkiyə), Mixail Zaytsev, Bədavi Hüseynov (hər ikisi “Anji”, Rusiya), Cihan Özkara (“Sivasspor”, Türkiyə) və Əli Gökdəmirdir (“Hannover 96”, Almaniya).

Komandamız oyunlara hazırlığı Almaniyanın Frankfurt şəhərində keçirəcək. Avqustun 22-29-da orada təlim-məşq toplanışında olacaq futbolçularımız ardından Londona yola düşəcəklər. Sentyabrın 4-dən 7-dək isə millimiz Belçikanın Antverpen şəhərində olacaq.

Qeyd edək ki, Məmmədov, Seyidov, Qarayev, İmamverdiyev, Quliyev, Özkara, Gökdəmir və Quluzadə yığmanın heyətinə avqustun 28-də qoşulacaq.

Mənbə: affa.az