Elxan Məmmədov futbolçularla görüşdü - FOTO
18.08.2011 - 12:42
AFFA-nın baş katibi Elxan Məmmədov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilə görüşüb. Apasport.az saytının məlumatına görə, baş katib avqustun 22-dən 28-dək Litvanın Palanqa şəhərində təşkil olunacaq ənənəvi beynəlxalq turnirə Sumqayıtda hazırlaşan yığmamızın düşərgəsinə baş çəkib.
Məmmədov Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda U-17-nin məşqini izləyib. Məşq başa çatdıqdan sonra baş katib komandanın üzvləri ilə görüşüb. Hər bir turnirdə yüksək səviyyədə çıxış etməyin vacibliyini bildirən Məmmədov, komandamıza Palanqa turnirində uğurlar arzulayıb.
U-17-nin baş məşqçisi Təbriz Həsənov komandaya yaratdığı yüksək səviyyəli şəraitə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.

- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
- Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”
- “Liverpul” Şadeni yanvarda transfer etmək istəyir
0
0