“İnter”in də ev oyunu canlı yayımlanacaq
18.08.2011 - 13:19
“İnter”in də ev oyunu canlı yayımlanacaq
Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək 6 oyundan dördü canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, bunlardan ikisini “İdman Azərbaycan” kanalı göstərəcək.

Söhbət avqustun 20-də “Xəzər Lənkəran”la “Turan”ın Lənkəranda saat 19:30-da, 21-də “Neftçi” ilə “Sumqayıt Şəhər”in 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq görüşüdür.

Az.TV şənbə günü saat 21:00-da “Şəfa” stadionunda keçiriləcək “İnter” – “Bakı” görüşünü canlı yayımlanacaq. Bununla da “İnter”in cari mövsümdə ilk dəfə ev oyunu birbaşa göstəriləcək.

Turun sabahkı oyunu isə “Lider TV” ilə yayımlanacaq. Bu kanal ardıcıl 2-ci mövsümdür “Qəbələ”nin ev oyunlarını canlı göstərir və bu dəfə komandanın AZAL-la saat 17:00-də başlanacaq matç seyrçilərin ixtiyarına veriləcək.