Yunanıstan klubu Araz Abdullayevi icarəyə götürmək istəyir
18.08.2011 - 13:30
Azərbaycan yığmasının futbolçusu Araz Abdullayev karyerasını Yunanıstanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Avroliqada mübarizə aparan PAOK komandası “Everton”da oynayan 19 yaşlı yarımmüdafiəçini heyətində görmək istəyir.
Arazın İngiltərədə çıxış etməklə bağlı işçi viza almasında problemi yaranıb. Belə olan halda, “Everton”un gənclərdən ibarət komandasının heyətində Moskvada Lev Yaşin turnirində oynayan Abdullayevin başqa kluba icarəyə verilməsi gündəmə gəlib. Klubla arasında danışıqlar müsbəti nəticələnərsə, futbolçumuz Yunanıstanın bürünc medalçısına icarəyə veriləcək.
Qeyd edək ki, Avroliqada Ukraynanın “Karpatı” klubu ilə düşən PAOK-u rumıniyalı Laslo Boloni çalışdırır. Afina təmsilçisi 2 dəfə ölkə çempionluğu, 4 dəfə kuboku qazanıb.

- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
- Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”
- “Liverpul” Şadeni yanvarda transfer etmək istəyir
0
0