3-cü tur, 3 gündə: “Xəzər Lənkəran”ın zirvədə qalmaq şansı
18.08.2011 - 13:54
Sabah Azərbaycan Premyer Liqasında III tura start veriləcək. Apasport.az saytının məlumatına görə, əvvəlkilərlə müqayisədə tur şənbə və bazar yox, bu dəfə 3 günə yekunlaşacaq.
İlk oyun gününə nəzərdə tutulan hər 2 görüş əyalətdə baş tutacaq. Cari mövsüm iddiasını xeyli artıran “Qəbələ” öz meydanında ilk qələbəsini qazanmağa çalışacaq. Rəqib I turda “Simurq”u böyük hesabla yenmiş (3:0) AZAL-dır. Təbii ki, “Qəbələ” və “Simurq” arasında qüvvələr nisbəti böyükdür və “təyyarəçilər”ə bu dəfə səfərdən xalla qayıtmaq çətin olacaq.
Zaqatalada keçiriləcək görüşü isə autsayderlərin dueli kimi xarakterizə etmək olar. “Simurq” cari mövsümdə 1 xal qazanıbsa, qol vura, debütant “Rəvan” isə 2 qol vursa belə xal qazana bilməyib. Komandalar tarixində ilk dəfə üzləşəcəklər. “Simurq” ötən çempionatı 11-ci yerdə bitirdiyindən, I diviziona düşürdü, ancaq “Muğan”ın imtinasından sonra Premyer Liqada qaldı. “Rəvan” isə I divizionda 2-ci yerin sahibi kimi ilk dəfə güclülər dəstəsində oynamaq hüququ qazandı.
“Xəzər Lənkəran”ın vahid liderliyini sürdürmək üçün yaxşı şansı var. Çünki komanda evdə münasib rəqiblə üz-üzə gələcək. Düzdür, Əsgər Abdullayevi baş məşqçi postuna gətirəndən sonra iddiasını artıran “Turan” 2 turdan sonra liderlər qrupundadır. Bununla belə, cənub təmsilçisinin öz meydanında xal itirəcəyi inandırıcı görünmür.
Turun yeganə Bakı derbisi “Şəfa” stadionunda - “İnter” və “Bakı” arasında keçiriləcək. Turnir cədvəlində qonşu olan paytaxt təmsilçilərini bir-birindən cəmi 1 xal ayırır. Əvvəlki 2 oyunda qolsuz bərabərlik edən “zolaqlılar” ilk qolunu, ilk qələbəsini həmşəhərliləri ilə səfər matçında reallaşdırmağa çalışacaq.
Paytaxtdakı digər qarşılaşmada son çempion “Neftçi” hazırda turnir cədvəlində axırıncı yerdə qərarlaşan “Sumqayıt Şəhər”i qəbul edəcək. “Ağ-qaralar”ın yeni baş məşqçisi Böyükağa Hacıyev ardıcıl ikinci qələbəsini debütantla görüşdə qazanmağa çalışacaq.
“Neftçi” kimi rəqiblərindən 1 oyun az keçirən “Qarabağ” Gəncəyə yollanacaq. Ağdam təmsilçisi vaxtilə medallar uğrunda mübarizədə əsas rəqiblərindən olan “Kəpəz”in qonağı olacaq. Meydan sahiblərinin baş məşqçisi Mehman Allahverdiyev uzun fasilədən sonra “Qarabağ”la görüşəcək. Titullu mütəxəssis ötən mövsüm “Gəncə” adlanan komandanın “sükanı arxasına” 2-ci “altılıq”da gəldi. Gəncəlilər ilk “altılığ”a düşmədiyindən, Allahverdiyev orada yer alan “Qarabağ”la görüş üçün cari mövsümü gözləməli oldu.
19 avqust
17:00. “Qəbələ” - AZAL
Hakimlər: Əliyar Ağayev, Ramiz Əsədov, Azər Əsgərov, Vüsal Əliyev
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
20:00. “Simurq” – “Rəvan”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Samir Hacıyev, Rəhim Həsənov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
20 avqust
19:30. “Xəzər Lənkəran” – “Turan”
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Namiq Hüseynov, Orxan Məmmədov
Lənkəran. Şəhər mərkəzi stadionu
21:00. “İnter” – “Bakı”
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Rahil Ramazanov, Ceyhun Haşımov
Bakı. “Şəfa” stadionu.
21 avqust
17:00. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Mübariz Haşımov, Elnur Muradov
Gəncə. Şəhər stadionu.
21:00. “Neftçi” – “Sumqayıt Şəhər”
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Elman Musayev, Ramil Əhmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Bombardirlər: Ceyhun Sultanov (Gəncə), Emeka Opara (Xəzər Lənkəran) - 3
Mehman SÜLEYMANOV

| Komanda | O | Q | H | M | Qollar | Xallar | |
| 1 | Xəzər Lənkəran | 2 | 2 | 0 | 0 | 5-1 | 6 |
| 2 | Qəbələ | 2 | 1 | 1 | 0 | 1-0 | 4 |
| 3 | Turan | 2 | 1 | 0 | 1 | 3-2 | 3 |
| 4 | Neftçi | 1 | 1 | 0 | 0 | 1-0 | 3 |
| 5 | Qarabağ | 1 | 1 | 0 | 0 | 1-0 | 3 |
| 6 | AZAL | 2 | 1 | 0 | 1 | 3-3 | 3 |
| 7 | İnter | 2 | 1 | 0 | 1 | 1-1 | 3 |
| 8 | Kəpəz | 2 | 1 | 0 | 1 | 4-5 | 3 |
| 9 | Bakı | 2 | 0 | 2 | 0 | 0-0 | 2 |
| 10 | Simurq | 2 | 0 | 1 | 1 | 0-3 | 1 |
| 11 | Rəvan | 2 | 0 | 0 | 2 | 2-4 | 0 |
| 12 | Sumqayıt Şəhər | 2 | 0 | 0 | 2 | 2-4 | 0 |

0
0