Kərimov “müəllim” sözünün əleyhinədir
18.08.2011 - 23:37
“Mahmud Qurbanov bir müddətdir komandamızın düşərgəsinə qoşulub. "Qəbələ" ilə görüşdə meydançaya çıxıb 90 dəqiqə oynamaqla, hələ də gücünün qaldığını sübut etdi. Fikrimcə, o, gənc futbolçular üçün böyük örnəkdir. Onun komandamızda olması, bizim üçün böyük üstünlük sayılmalıdır". Bu sözləri apasport.az saytına açıqlamasında Premyer Liqanın debütantı "Sumqayıt Şəhər "klubunun məşqçisi Aslan Kərimov deyib.
Mahmud Qurbanovla Aslan Kərimovun yolları futbolçu kimi ən çox milli komandada kəsişib. Belə ki, hər iki yarımmüdafiəçi uzun müddət yığmamızın uğurları üçün çalışıb. Hazırda milli komandanın heyətində ən çox oyun keçirən ilk iki oyunçu da məhz veteran yarımmüdafiəçilərdir.
Vaxtilə çiyin-çiyinə oynamış futbolçulardan indi biri digərinin məşqçisidir. Amma Aslan Mahmuda digər futbolçular kimi yanaşmadığını söyləyib: "Mahmud Azərbaycanda təqdimata ehtiyacı olmayan bir şəxsdir. Biz onunla futbolun ən pis və indiki vaxtını bir yerdə görmüşük. Mən Mahmudla alovlardan keçmişəm. Əlbəttə ki, bütün bunların fonunda mən onunla gənc futbolçular kimi davrana bilmərəm. Əvəzində Mahmud Qurbanova bizə kömək göstərdiyinə görə, təşəkkür düşür".
Kərimov Qurbanovun məşqlərdə ona “müəllim” deyə müraciət etməsinin əleyhinə olduğunu bildirib: “Mahmudla mən təqribən eyni məqsədlər üçün buradayıq. Əgər Mahmud sırf futbolçu kimi dəvət olunsaydı, bəlkə də hardasa mənə “müəllim” deməsini qəbul edərdim. Amma bu gün "Sumqayıt Şəhər" klubuna Mahmudun futbolundan çox təcrübəsi lazımdır. Rəhbərlik düşünür ki, Mahmud gənc kollektivin önündə getməyi bacaran liderdir. Odur ki, ondan klubun inkişafı və təcrübə qazanması üçün istifadə olunur. Həm də, biz eyni yaşlı insanlarıq. Fikrimcə, Mahmudun “müəllim” deyə müraciət etməsini qəbul edə bilmərəm"
Qeyd edək ki, 1972- ci ildə anadan olan Aslan Kərimov Qurbanovdan bir yaş böyükdür. Vaxtilə Aslan da öz həmyaşıdı Qurban Qurbanovun rəhbərliyi altında futbol oynayıb.

0
0