“Kəpəz”ə növbəti zərbə
18.08.2011 - 23:43
Premyer Liqanın III turunda öz meydanında "Qarabağ"la qarşılaşacaq "Kəpəz" çətin vəziyyətə düşüb. Apasport.az saytının məlumatına görə, qərb derbisində “Turan”a 1:3 hesabıyla uduzan Gəncə təmsilçisinə növbəti zərbə əsas qapıçı Elşən Poladovdan gəlib.
Belə ki, 32 yaşlı qapıçı məşqlərin birində sol çiyin nahiyəsindən ağır zərbə alıb. Əli sarğıda olan futbolçu hazırda Bakıda müalicə olunur. Onun "Qarabağ"la ev oyununda meydançaya çıxmayacağı dəqiqdir.
İlkin rəyə görə, Poladovun zədəsi çox ciddidir. Qapıçının Bakıda əməliyyat olunacağı gözlənilir. O, təqribən ay yarımdan sonra məşq etmək iqtidarında olacaq. Poladovun olmadığı vaxtlarda əsas qapıçı funksiyasını Konstantin Kolesnikov icra edəcək.
“Kəpəz”də zədəlilərin siyahısı bununla bitmir. Belə ki, Azər Məmnmədov, Muammer Erdoğdu və Sidney Karqbonun da bir müddət hazırlıqdan və oyunlardan kənarda qalacaqları dəqiqdir.

- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
- Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”
0
0