Berti Foqts millimizin sabiq futbolçusuna ilk dəvətini göndərdi
19.08.2011 - 09:05
Berti Foqts millimizin sabiq futbolçusuna ilk dəvətini göndərdi
Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamız Avro-2012-in seçmə mərhələsi öncəsi avqustun 22-dən 24-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

Baş məşqçi Berti Foqts Belçika və Qazaxıstanla ev oyunlarından əvvəl 27 futbolçunu sınayacaq.

Siyahıda əsas diqqəti çəkən məqam Rəşad Abdullayevin yenidən çağırılmasıdır. Alman mütəxəssis millimizi çalışdırdığı 3 ildə sağ cinah yarımmüdafiəçisinə ilk dəfə dəvət göndərib. Foqtsun uzun fasilədən sonra Araz Abdullayevi əsas yığmaya çağırması da diqqəti çəkir.

Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Aqil Məmmədov (“Bakı”), Andrey Popoviç (“Sumqayıt Şəhər”).

Müdafiəçilər: Saşa Yunisoğlu, Vurğun Hüseynov (hər ikisi “Qəbələ”), Rəşad Sadıqov (“Qarabağ”), Usim Nduka, Aqil Nəbiyev (hər ikisi AZAL), Rail Məlikov, Ruslan Əmircanov (hər ikisi “Neftçi”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”).

Yarımmüdafiəçilər: Əziz Quliyev, Fabio Luis Ramin (hər ikisi “Bakı”), Ruslan Abışov, Cavid Hüseynov, Rəşad Abdullayev (hər üçü “Neftçi”), Mahir Şükürov, Aleksandr Çertoqanov, Arif İsayev (hər üçü “Qəbələ”), Rəşad Sadiqov, Əfran İsmayılov (hər ikisi “Qarabağ”), Rahid Əmirquliyev, Elnur Abdullayev (hər ikisi “Xəzər Lənkəran”) Araz Abdullayev (“Everton”, İngiltərə),

Hücumçular: Rauf Əliyev (“Qarabağ”), Elşən Məmmədov (AZAL), Murad Hüseynov (“Qəbələ”).