“Qəbələ”nin futbolçusunun qardaşı dünyasını dəyişdi
19.08.2011 - 16:13
“Qəbələ”nin futbolçusunun qardaşı dünyasını dəyişdi
“Qəbələ” klubunun futbolçusu Veseljiko Trivunoviçin ailəsində itki baş verib. Apasport.az saytının məlumatına görə, komandanın son transferi olan serbiyalı yarımmüdafiəçinin qardaşı vəfat edib.

Bu üzdən qəbələli futbolçular Premyer Liqanın III turunda AZAL-la bugünkü oyuna qara sarğı ilə çıxıblar. Matçdan öncə 1 dəqiqə sükut elan olunub.

Qeyd edək ki, AZAL-la görüşdə əsas heyətdə meydana çıxan Trivunoviç Serbiya milli komandasının futbolçusudur.