“Zenit”in futbolçusu Azərbaycana dəvət olundu
19.08.2011 - 16:25
“Zenit”in futbolçusu Azərbaycana dəvət olundu
“Zenit”in futbolçusu Nikolay Lomberts Azərbaycana dəvət olunub. Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçinin Belçika millisinin sentyabrın 2-də yığmamızla Bakıdakı rəsmi oyuna çağırılmağı haqda Belçika Futbol Federasiyasından Sankt-Peterburq klubunun düşərgəsinə faks daxil olub.

Lomberts millimizlə martın 29-da evdə 4:1 hesabı ilə qalib gəldikləri oyunda iştirak edib. Rəqibimiz Bakı səfərindən 4 gün sonra Brüsseldə ABŞ yığması ilə yoldaşlıq görüşü keçirəcək. Ancaq belçikalılar bu oyunlara heyətini hələ rəsmən açıqlayıblar.

Qeyd edək ki, Jorj Leekensin çalışdırdığı rəqibimiz qrupda 2-ci yerdə gedir.