Daha 5 komanda qrup mərhələsində
25.08.2011 - 00:40
Daha 5 komanda qrup mərhələsində
Bu gün Çempionlar Liqasında (ÇL) son təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinə son 5 vəsiqə qazanan komanda “Viktoriya”, “Benfika”, “Lion”, “Arsenal” və BATE olub. İlk 3 komandanın 1-ci oyunlardakı nəticələrdən sonra cütün qalibi olacağı gözlənilən idi və bu, reallaşdı.

“Udineze” “Arsenal”la oyunda ilk hissədə vurduğu qolları ümumi hesabı bərabərləşdirsə də, fasilədən sonra vəziyyət tam dəyişdi. Londonlular vurduğu 2 qolla səfər görüşündə də qalib gəldi. BATE isə ardıcıl 3-cü il Avropanın diqqətini özünə cəlb edir. Belaruslular evdə bərabərliyə qaldığı “Şturm”u Avstriyada inamla yendilər. Bununla da ötən mövsüm Avroliqada qrupunda oynayan BATE 2-ci dəfə ÇL-in qrup həyəcanını yaşayacaq.

23 avqust

“Genk” (Belçika) – “Makkabi” (Hayfa, İsrail) - 2:1 (penaltilərlə - 4:1)
Vossen, 35, Buffel, 41 - Qolasa, 37
İlk oyun – 1:2

“Malmö” (İsveç) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:0
Vilton,69, Yansson, 86
İlk oyun – 1:4

“Vilyarreal” (İspaniya) – “Odense” (Danimarka) - 3:0
Rossi, 50, 66, Marçena, 82
İlk oyun – 0:1

“Sürix” (İsveçrə) – “Bavariya” (Almaniya) - 0:1
Qomes, 7
İlk oyun – 0:2

APOEL (Kipr) – “Visla” (Krakov, Polşa) - 3:1
Manduka, 29, Aylton, 54, 87 - Vilk, 71
İlk oyun – 0:1

24 avqust

“Viktoriya” (Çexiya) – “Kopenhagen” (Danimarka) - 2:1
QOLLAR: Marek Bakos, 68; Mixal Duris, 90 - Kristian Bolanos, 32
İlk oyun – 3:1

“Şturm” (Avstriya) – BATE (Belarus) - 0:2
QOLLAR: Aleksandr Volodko, 36; Marko Simic, 68
İlk oyun – 1:1

“Benfika” (Portuqaliya) – “Tvente” (Hollandiya) - 3:1
QOLLAR: Axel Vitsel, 47; 66; Luisao, 59 - Brayan Ruiz, 85
İlk oyun – 2:2

“Udineze” (İtaliya) – “Arsenal” (İngiltərə) - 1:2
QOLLAR: Antonio Di Natale, 39 - Robin van Persi; Teo Uolkott, 69
İlk oyun – 0:1

“Rubin” (Rusiya) – “Lion” (Fransa) - 1:1
QOLLAR: Bibers Natxo, 77 - Bakari Kone, 87
İlk oyun – 1:3

Qeyd edək ki, ÇL-in qrup mərhələsinin püşkü bu gün atılacaq.